2024-cü ildə Azərbaycana 81 milyon 932 min ABŞ dolları dəyərində 64 min 560 ton “xam palma yağı və onun fraksiyaları” idxal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
2023-cü illə müqayisədə bu göstərici həcm ifadəsində 18 min 989 ton və ya 41,7%, dəyər ifadəsində isə 29 milyon 589 min ABŞ dolları və ya 56,5% artıb.
2023-cü ildə Azərbaycana 52 milyon 342 min ABŞ dolları dəyərində 45 min 570 ton “xam palma yağı və onun fraksiyaları” idxal edilmişdi.
Bu dövrdə ölkəyə gətirilən 1 kq palma yağının orta idxal qiyməti 2.16 manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 21 qəpik və ya 10,5% artqıdır.
2023-cü ildə ölkəyə gətirilən 1 kq palma yağının orta idxal qiyməti 1,95 manat idi.
Hesabat dövründə Azərbaycana Malaziyadan 23 min 896 ton, İndoneziyadan isə 40 min 663.5 ton palma yağı idxal edilib.
Malyaziyadan idxal olunan palma yağının 1 kq-nın orta idxal qiyməti Malayziya üzrə 1,51 manat, İndoneziya üzrə 1,84 manata bərabər olub.
2020-ci ildən indiyədək ən çox palma yağı 2022-ci ildə idxal olunub. Bəhs olunan dövrdə 72 min 559 ton palma yağı gətirilib, 115 milyon 819 min dollar xərclənib. 1 kq palma yağının orta idxal qiyməti 2,71 manat təşkil edib.
2023-cü il isə idxalın ən aşağı olduğu dönəm olub. Həmin dövrdə 52 milyon 342 min dollar dəyərində 45 min 570 ton palma yağı gətirilib. Bu dövrdə 1 kq palma yağının orta idxal qiyməti isə 1,95 manata bərabər olub. 2020-ci ilsə orta idxal qiymətinin ən ucuz olduğu dövr olub. 1 kq palma yağının orta idxal qiyməti 1,45 manata bərabər olub.
İllik müqayisədə miqdar və məbləğ ifadəsi ilə ən kəskin artım 2022-ci ildə, ən kəskin azalma 2023-cü ildə baş verib.
Belə ki, 2022-ci ildə 2021-ci ilə nisbətən miqdar ifadəsi ilə 22 min 29 ton (44%), məbləğ ifadəsi ilə 53 milyon 875 min dollar (87%) artım baş verdiyi halda 2023-cü ildə 2022-ci ilə nisbətən miqdar ifadəsi ilə 26 min 989 ton (37%), məbləğ ifadəsi ilə 63 milyon 477 min dollar (55%) azalma baş verib.
Ətarflı cədvəldə:
İllər |
Miqdar (ton) |
İllik Müqayisə (ton) |
İllik Müqayisə (%) |
Məbləğ (dollar) |
İllik Müqayisə (dollar) |
İllik Müqayisə (%) |
1 kq orta idxal qiyməti |
2020 |
64 127 |
- |
- |
54 853 010 |
- |
- |
1.45 ₼ |
2021 |
50 530 |
-13 597 |
-21% |
61 944 220 |
7 091 210 |
13% |
2.08 ₼ |
2022 |
72 559 |
22 029 |
44% |
115 819 080 |
53 874 860 |
87% |
2.71 ₼ |
2023 |
45 570 |
-26 989 |
-37% |
52 342 510 |
-63 476 570 |
-55% |
1.95 ₼ |
2024 |
64 560 |
18 989 |
42% |
81 932 360 |
29 589 850 |
57% |
2.16 ₼ |