2024-cü ildə Azərbaycana 81 milyon 932 min ABŞ dolları dəyərində 64 min 560 ton “xam palma yağı və onun fraksiyaları” idxal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
2023-cü illə müqayisədə bu göstərici həcm ifadəsində 18 min 989 ton və ya 41,7%, dəyər ifadəsində isə 29 milyon 589 min ABŞ dolları və ya 56,5% artıb.
2023-cü ildə Azərbaycana 52 milyon 342 min ABŞ dolları dəyərində 45 min 570 ton “xam palma yağı və onun fraksiyaları” idxal edilmişdi.
Bu dövrdə ölkəyə gətirilən 1 kq palma yağının orta idxal qiyməti 2.16 manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 21 qəpik və ya 10,5% artqıdır.
2023-cü ildə ölkəyə gətirilən 1 kq palma yağının orta idxal qiyməti 1,95 manat idi.
Hesabat dövründə Azərbaycana Malaziyadan 23 min 896 ton, İndoneziyadan isə 40 min 663.5 ton palma yağı idxal edilib.
Malyaziyadan idxal olunan palma yağının 1 kq-nın orta idxal qiyməti Malayziya üzrə 1,51 manat, İndoneziya üzrə 1,84 manata bərabər olub.