Bir neçə gündür ki, mağazalarda siqaret qıtlığı yaşanır.
Azərbaycanda siqaret bahalaşdırılır - Vergi hər 1000 ədədə görə - 7 MANAT ARTIRILIR
FED.az xəbər verir ki, bu barədə satıcılar bildirib.
Onların bildirdiyinə görə, hər bazar ertəsi günü mal gətirən firmalar bu həftə gəlib çıxmayıb.
"Firmalar məhsul vermir. Siqaretin topdansatış yerlərində isə bəzi siqaretlərin bir blokunda bir manat bahalaşma var. Firmalardan satıcılara bildiriblər ki, siqaretin qiymətləri dəyişəcəyindən müvəqqəti problem yaşanır", - deyə bildiriblər.
Qeyd edək ki, sonuncu dəfə avqust ayında markasından asılı olmayaraq bütün siqaretlər 10 qəpik, bəzi siqaretlər isə 20 qəpik bahalaşmışdı. (Trend)