2025-ci ilin yanvar-mart aylarında Azərbaycandan 9 min 128,85 ton şəkər ixrac olunub.
Azərbaycandan çay ixracı artsa da – QİYMƏT UCUZLAŞIB
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 min 202,75 ton və ya 31,8% daha çoxdur.
İxracdan əldə olunan gəlir də nəzərəçarpacaq dərəcədə artıb. Belə ki, bu ilin ilk rübündə şəkər ixracı ölkəyə 6 milyon 160 min dollar qazandırıb. Halbuki 2024-cü ilin eyni dövründə bu göstərici 5 milyon 184 min dollar idi. Artım 975 min 780 dollar və ya 18,8% təşkil edib.
Bununla belə, şəkərin ixrac qiymətində azalma müşahidə olunub. Belə ki, 2024-cü ildə bir ton şəkərin ixrac qiyməti 748,5 dollar olduğu halda, 2025-ci ildə bu göstərici 674,8 dollar-a düşüb. Bu da 9,85%-lik ucuzlaşma deməkdir.
Manat ifadəsində baxdıqda da qiymətlər azalıb – ötən il bir kiloqram şəkər 1,27 manat-a ixrac olunurdusa, bu il bu rəqəm 1,15 manat-a qədər geriləyib.
Bu il ümumi ixracın 0,10%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 0,80%-i şəkərin payına düşüb.