2025-ci ilin yanvar-mart aylarında Azərbaycandan 172,6 ton çay ixrac edilib.
Nar ixracı 42% artıb, lakin orta satış qiyməti azalıb - DETALLAR
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Bu göstərici ötən ilin eyni dövründə 156,4 ton idi. Beləliklə, fiziki ixrac həcmi 10,4%, yəni 16,3 ton artıb.
Gəlir tərəfinə baxdıqda da artım var: bu ilin ilk üç ayında çay ixracından ölkəyə 1 milyon 527 min dollar daxil olub. Halbuki, 2024-cü ilin eyni dövründə bu göstərici 1 milyon 457 min dollar idi. Bu isə 70 min 600 dollar və ya 4,8%-lik artım deməkdir.
Lakin ixrac qiymətləri ucuzlaşıb. Ötən il bir ton çay xaricə 9 min 319 dollar-a satıldığı halda, bu il həmin göstərici 8 min 849 dollar-a düşüb. Bu isə 469 dollar və ya 5%-lik azalma deməkdir.
Manatla hesablasaq, ötən il bir kiloqram çay ixracından 1 kq üçün 15,84 manat gəlir əldə olunurdusa, bu il bu rəqəm 15,04 manat-a enib.
Bu il ümumi ixracın 0,02%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 0,20%-i çayın payına düşüb.