2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan 37 milyon 481 min dollar dəyərində 49 min 343 ton şəkər ixrac edilib.
Çay ixracı Azərbaycana 11 ayda 5,9 milyon dollar - VALYUTA GƏTİRİB
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, şəkər ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 14 milyon 822 min dollar və ya 65,4% artıb, miqdar ifadəsilə isə 18 min 934 ton, başqa sözlə 62,2% artıb.
Xatırladaq ki, 2023-cü ilin ilk 11 ayında Azərbaycandan 22 milyon 659 min dollar dəyərində 30 min 409 ton şəkər ixrac olunmuşdu.
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycanın ixrac etdiyi şəkərin 1 kiloqramının orta ixrac qiyməti 1 manat 29 qəpik olub. 2023-cü ilin eyni dövründə isə bu rəqəm 1 manat 27 qəpik idi. Bu da illik müqayisə ilə 2 qəpik və ya 1,9% artım deməkdir.
Bu il ümumi ixracının 0,15%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 1,21%-i çayın payına düşüb.