2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan 5 milyon 998 min dollar dəyərində 679 ton çay ixrac edilib.
Fındıq ixracı gəlirləri artıb - ORTA İXRAC QİYMƏTİNDƏ 21,6% ARTIM
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, çay ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 92 min 150 dollar və ya 1,6% artıb, miqdar ifadəsilə isə 29 ton, başqa sözlə 4,5% artıb.
Xatırladaq ki, 2023-cü ilin ilk 11 ayında Azərbaycandan 5 milyon 906 min dollar dəyərində 650 ton çay ixrac olunmuşdu.
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycanın ixrac etdiyi çayın 1 kiloqramının orta ixrac qiyməti 15 manat 2 qəpik olub. 2023-cü ilin eyni dövründə isə bu rəqəm 15 manat 45 qəpik idi. Bu da illik müqayisə ilə 43 qəpik və ya 2,8% azalma deməkdir.
Bu il ümumi ixracının 0,02%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 0,19%-i çayın payına düşüb.