Bu ilin iyul ayında Azərbaycandan xaricə 46,8 milyon dollarlıq şaftalı satılıb.
Pomidor satanlar daha çox qazanıb – 15 MİLYONLUQ ARTIM
FED.az biznes və maliyə xəbərləri portalı xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın avqust sayında bildirilir.
Məlumata görə, şaftalı ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 milyon dollar və ya 3,5% azalıb.
Xatırladaq ki, ötən ilin iyul ayında Azərbaycandan xaricə 48,5 milyon dollarlıq şaftalı satılmışdı.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 18,3% artaraq 2,5 milyard ABŞ dolları təşkil edib.













