Bu ilin yanvar-iyul aylarında Azərbaycandan xaricə 172 milyon dollarlıq pomidor satılıb.
FED.az biznes və maliyə xəbərləri portalı xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın avqust sayında bildirilir.
Məlumata görə, pomidor ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,1 milyon dollar və ya 9,6% artıb.
Xatırladaq ki, ötən ilin eyni dövründə Azərbaycandan xaricə 156,9 milyon dollarlıq pomidor satılmışdı.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 18,3% artaraq 2,5 milyard ABŞ dolları təşkil edib.













