2025-ci ilin yanvar-may aylarında Azərbaycana 13 milyon 823 min dollar dəyərində 36 min 715 ton qarğıdalı idxal olunub.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, qarğıdalı idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 4 milyon 380 min dollar və ya 24,1%, miqdar ifadəsilə isə 20 min 899 ton, başqa sözlə 36,3% azalıb.
2024-cü ildə isə Azərbaycana 18 milyon 203 min dollar dəyərində 57 min 614 ton qarğıdalı idxal olunmuşdu.
Bu dövrdə Azərbaycana idxal olunan qarğıdalının 1 kiloqramının orta qiyməti 64 qəpik olub. Xatırladaq ki, 2024-cü ilin eyni dövründə bu rəqəm 54 qəpik idi. Bu da illik müqayisədə 10 qəpik və ya 18,5% artım deməkdir.
Bu il ümumi idxalın 0,14%-i qarğıdalının payına düşüb.