2025-ci ilin yanvar-may aylarında Azərbaycana 25 milyon 812 min dollar dəyərində 27 min 210 ton düyü idxal olunub.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, düyü idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 8 milyon 65 min dollar və ya 23,8%, miqdar ifadəsilə isə 5 min 376 ton, başqa sözlə 16,5% azalıb.
2024-cü ildə isə Azərbaycana 33 milyon 877 min dollar dəyərində 32 min 586 ton düyü idxal olunmuşdu.
Bu dövrdə Azərbaycana idxal olunan düyünün 1 kiloqramının orta qiyməti 1 manat 61 qəpik olub. Xatırladaq ki, 2024-cü ilin eyni dövründə bu rəqəm 1 manat 77 qəpik idi. Bu da illik müqayisədə 16 qəpik və ya 9% azalma deməkdir.
Bu il ümumi idxalın 0,26%-i düyünün payına düşüb.