Bu ilin ilk 9 ayında Azərbaycandan 103,6 milyon dollar (176,1 milyon manat) həcmində 92 min 691 ton polietilen ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, polietilen ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 5,8 milyon dollar (9,9 milyon manat) və ya 5,3% azalıb, miqdar ifadəsilə isə 5 min 41 ton, başqa sözlə 5,2% azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan 109,5 milyon dollar (186,2 milyon manat) dəyərində 97 min 732 ton polietilen ixrac olunmuşdu.
Bu ilin ilk 9 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi polietilenin 1 kiloqramının orta ixrac qiyməti 1 manat 90 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 1 manat 90 qəpik idi. Qiymət demək olar ki, dəyişməyib.
Bu il 9 ayında ümumi ixracın 0,56%-ı, qeyri-neft sektoru üzrə ixracın isə 3,91%-i polietilenin payına düşüb. Ötən ilin eyni dövründə isə ümumi ixracdakı payı 0,55% olub.