Bu ilin ilk 8 ayında Azərbaycandan 103,6 milyon dollar həcmində 92 min 691 ton polietilen ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, polietilen ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 8,7 milyon dollar və ya 9,2%, miqdar ifadəsilə isə 7 min 339 ton, başqa sözlə 8,6% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycandan 94,9 milyon dollar dəyərində 85 min 352 ton polietilen ixrac olunmuşdu.
Bu ilin ilk 8 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi polietilenin 1 kiloqramının orta ixrac qiyməti 1 manat 90 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 1 manat 89 qəpik idi. Qiymətlər demək olar ki, dəyişməyib.
Bu il 8 ayında ümumi ixracın 0,61%-i, qeyri-neft sektoru üzrə ixracın isə 4,32%-i polietilenin payına düşüb. Ötən ilin eyni dövründə isə ümumi ixracdakı payı 0,52% olub.