Bu ilin ilk 8 ayında Azərbaycandan 114,8 milyon dollar həcmində 377 min 656 ton azot gübrəsi (karbamid) ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, azot gübrəsi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 36,2 milyon dollar və ya 46%, miqdar ifadəsilə isə 16 min 13 ton, başqa sözlə 4,4% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycandan 78,7 milyon dollar dəyərində 361 min 643 ton azot gübrəsi ixrac olunmuşdu.
Bu ilin ilk 8 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi azot gübrəsinin 1 kiloqramının orta ixrac qiyməti 52 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 37 qəpik idi. Bu da illik müqayisədə 15 qəpik və ya 40,5% bahalaşma deməkdir.
Bu il 8 ayında ümumi ixracın 0,67%-i, qeyri-neft sektoru üzrə ixracın isə 4,78%-i azot gübrəsinin payına düşüb. Ötən ilin eyni dövründə isə ümumi ixracdakı payı 0,43% olub.