Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xaricə 159,8 milyon ABŞ dolları dəyərində tomat (pomidor) ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.
Məlumata görə, bu, ötən ilin 10 ayı ilə müqayisədə 17,8 milyon ABŞ dolları və ya 12,5% çoxdur.
Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycan 142 milyon ABŞ dolları dəyərində pomidor ixrac edib.










