2025-ci ilin ilk yanvar-mart aylarında Azərbaycanın pambıq lifi ixracında nəzərəçarpacaq azalma müşahidə olunub. Belə ki, bu dövrdə ölkədən 27 min 968 ton pambıq lifi ixrac edilib.
Azərbaycanın azot gübrəsi ixracından qazancı - İKİ DƏFƏYƏ YAXIN ARTIB
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Halbuki 2024-cü ilin eyni aylarında bu rəqəm 37 min 635 ton idi. Yəni ixrac həcmi təxminən 9 min 667 ton və ya 25,7 faiz azalıb.
Eyni tendensiya maliyyə göstəricilərinə də sirayət edib. Əgər ötən il pambıq lifi ixracından ölkəyə 56 milyon 610 min dollar daxil olmuşdusa, cari ildə bu göstərici 40 milyon 74 min dollara qədər enib. Beləliklə, ixracdan əldə olunan gəlirdə 16 milyon 536 min dollar və ya 29,2 faiz azalma qeydə alınıb.
Orta ixrac qiymətində də eniş var. 2024-cü ildə pambığın 1 tonu 1504 dollar 17 sent-ə satıldığı halda, 2025-ci ildə bu göstərici 1432 dollar 82 sent-ə düşüb. Yəni hər ton üzrə təxminən 71 dollar ucuzlaşma baş verib.
Manatla hesabladıqda da dəyişiklik hiss olunur. Belə ki, 1 kiloqram pambıq lifi 2024-cü ildə 2 manat 56 qəpik-ə satılırdısa, bu il bu qiymət 2 manat 44 qəpik-ə enib. Bu da 4,7 faiz-lik ucuzlaşma deməkdir.
Bu il ümumi ixracın 0,63%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 5,19%-i pambıq lifinin payına düşüb.