2025-ci ilin ilk 3 ayında Azərbaycanın azot gübrəsi ixracında əhəmiyyətli artım müşahidə olunub. Hesabat dövründə ölkədən 161 min 91 ton azot gübrəsi ixrac edilib.
Fermerin can yoldaşı bahalaşır! - XARİCDƏN ALINAN GÜBRƏ BAHALAŞIB
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19 min 202 ton və ya 13,5 faiz çoxdur.
Əgər 2024-cü ildə azot gübrəsi ixracından 26 milyon 939 min dollar gəlir əldə olunmuşdusa, 2025-ci ildə bu göstərici 47 milyon 976 min dollara yüksəlib. Yəni ixrac dəyərində 21 milyon dollar-dan çox və ya 78 faiz artım baş verib.
Orta ixrac qiyməti də əhəmiyyətli dərəcədə yüksəlib. Əvvəlki il 1 ton məhsul 189 dollar 86 sent-ə ixrac olunurdusa, 2025-ci ildə bu rəqəm 297 dollar 82 sent-ə çatıb. Bu da təxminən 57 faiz qiymət artımı deməkdir.
Manatla hesablandıqda isə 1 kiloqram azot gübrəsinin ixrac qiyməti 0,32 manatdan 0,51 manata qalxıb. Bu, 56,8 faiz bahalaşma ilə müşayiət olunub.
Beləliklə, azot gübrəsinin həm həcmi, həm də dəyərində müşahidə olunan artım sektorun ixrac imkanlarının genişləndiyini və xarici bazarlarda məhsula olan tələbin gücləndiyini göstərir.
Bu il ümumi ixracın 0,75%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 6,22%-i azot gübrəsinin payına düşüb.