2025-ci il ərzində Azərbaycandan 161,9 milyon dollar həcmində 114,3 min ton pambıq lifi ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömruk Komitəsinə istinadən xəbər verir ki, pambıq lifi ixracı ötən illə müqayisədə dəyər ifadəsilə 16,7 milyon dollar və ya 9,4%, miqdar ifadəsilə isə 5,6 min ton, başqa sözlə 4,7% azdır.
Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycandan 178,6 milyon dollar dəyərində 119,9 min ton pambıq lifi ixrac olunmuşdu.
2025-ci ilin nəticələrinə görə Azərbaycanın ixrac etdiyi pambıq lifinin 1 kiloqramının orta ixrac qiyməti 1,42 dollar (2,41 manat) təşkil edib. 2024-cü ildə isə bu rəqəm 1,49 dollar (2,53 manat) idi. Bu da illik müqayisədə 0,07 dollar (0,12 manat) və ya 4,7% ucuzlaşma deməkdir.
Bu il ümumi ixracın 0,65%-i, qeyri-neft sektoru üzrə ixracın isə 4,46%-i pambıq lifinin payına düşüb. Ötən il isə müvafiq göstəricilər 0,67% və 5,31% olmuşdu.











