Bu ilin yanvar ayında Azərbaycana 202,4 milyon dollar dəyərində yeyinti məhsulları idxal edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, yeyinti məhsulları idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə cəmi 666 min dollar və ya 0,3% azalıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar ayında Azərbaycana 203,1 milyon dollar dəyərində yeyinti məhsulları gətirilmişdi.
Bu il yanvar ayında ümumi idxalın 15,54%-i yeyinti məhsullarının payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 9,90% idi.











