Bu ilin yanvar ayında Azərbaycana 1,4 milyon dollar dəyərində 7 min 580 ton qarğıdalı idxal edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, qarğıdalı idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 2,8 milyon dollar və ya 66,5%, miqdar ifadəsilə isə 12 min 588 ton, başqa sözlə 62,4% azdır.
Qeyd edək ki, 2025-ci ilin yanvar ayında ölkəyə 4,2 milyon dollar dəyərində 20 min 168 ton qarğıdalı idxal edilmişdi.
Bu ilin yanvar ayının nəticələrinə görə idxal olunan qarğıdalının 1 kiloqramının orta idxal qiyməti 0,19 dollar (təxminən 32 qəpik) təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu rəqəm 0,21 dollar (təxminən 36 qəpik) idi. Bu da illik müqayisədə 0,02 dollar (4 qəpik) və ya 9,5% ucuzlaşma deməkdir.
Bu il yanvar ayında ümumi idxalın 0,11%-i qarğıdalının payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 0,21% idi.











