2024-cü ildə Azərbaycan xaricə 24 milyon 694 min dollar dəyərində 25 min 842 ton albalı və gilas ixrac edib.
Bu barədə FED.az Dövlət Gömrük Komitəsinin aylıq statistikasına istinadən xəbər verir.
İxrac 2023-cü illə müqayisədə dəyər ifadəsilə 19 milyon 860 min dollar və ya 44,6%, miqdar ifadəsilə 9 min 757 ton və ya 27,4% azalıb.
2023-cü ildə Azərbaycandan 44 milyon 555 min dollar dəyərində 35 min 599 ton albalı və gilas ixrac edilmişdi.
Hesabat dövründə 1 kq albalı və gilasın orta ixrac qiyməti 1,62 manat təşkil edib ki, bu da illik müqayisədə 50 qəpik (23,6%) azdır.
Qeyd edək ki, 2023-cü ilin yekun nəticələrinə görə 1 kq albalı və şaftalının orta ixrac qiyməti 2,13 manat idi.