2025-ci ildə Azərbaycan xaricə 75,1 milyon ABŞ dolları dəyərində alma ixrac edib.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.
Məlumata görə, bu, illik müqayisədə 13,2 milyon ABŞ dolları və ya 21,3% çoxdur.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycan 61,9 milyon ABŞ dolları dəyərində alma ixrac etmişdi
Təkcə dekabr ayında 9,2 milyon dollarlıq alma ixrac olunub ki, bu da illik 0,5 milyon dollar (5,7%) çoxdur.
Əvvəlki ilin dekabr ayında Azərbaycandan xarici ölkələrə 8,7 milyon ABŞ dolları dəyərində alma ixrac edilib.











