2025-ci ildə Azərbaycan xaricə 111,1 milyon ABŞ dolları dəyərində şaftalı ixrac edib.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə 42,5 milyon ABŞ dolları və ya 62% çoxdur.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycan 68,6 milyon ABŞ dolları dəyərində şaftalı ixrac edib.











