KOB-ların dövlət satınalmalarında iştirakını təmin edirik.
Marketlərdə quşçuluq məhsulları neçəyədir? – MARKETLƏR, QİYMƏTLƏR, SİYAHI (May, 2024)
Marketlərdə ət və ət məhsulları neçəyədir? – MARKETLƏR, QİYMƏTLƏR, SİYAHI (May, 2024)
«Ladess Group»un ölkəyə gətirdiyi toyuqlarda bakteriya çıxdı - AQTA MƏHSULA MƏHV QƏRARI VERDİ
FED.az xəbər verir ki, bu barədə Təchizat Zənciri Liderləri Zirvəsində KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.
O bildirb ki, KOB inkişaf mərkəzləri tərəfindən KOB subyektlərinin dövlət satınalmalarında iştirakının təmin olunması üçün ödənişsiz təlimlər və məsləhət xidmətləri təqdim olunur. KOB subyektlərinin dövlət satınalmalarında iştirakının araşdırılması məqsədi ilə sorğu keçiriləcək.
"Kiçik sahibkarlar böyük marketlərdə rəflərdə yer tutmağa çətinlik çəkirlər. Bəzi hallar da yer ala bilmirlər. Ona görə bizim böyük proqramımız var və KOBİA olaraq marketlərdə yerləri almışıq və KOB subyektləri həmin rəflərdə məhsullarını yerləşdirə bilər. Böyük sahibkarlar da yerli kiçik şirkətlərə şans yaratmalıdır ki, məhsullarını tanıda bilsinlər. Bəzən görürsən ki, heç olmamalı yerdə bir neçə market var və bu vəziyyət böyük problemdir"- deyə sədr əlavə edib.
O bildirib ki, KOB-larda təchizat məsələlərində problemlər mövcuddur. Böyük marketlər tədarükçülərdən ucuz qiymətə mal sifariş edir, kiçik sahibkarlar isə həmin tədarükçülərdən malı yüksək qiymətə alır. Ona görə də onların gəlirliyi böyük marketlərlə müqayisədə aşağıdır.