Meyvə-tərəvəz məhsullara Azarbaycana valyuta gətirən əsas məhsullardandır. Təkcə bu ilin altı ayında bu məhsullar ölkəyə yarım milyard dollara yaxın – daha dəqiq 493 milyon 955 min dollar vəsait gətirib.
Xaricə fındıq satanlar pullarını sayır – KİLOQRAMI 7 MANAT BAHALAŞIB
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ən çox valyuta gətirən məhsul pomidor olub. Bu məhsul ölkəyə 163,8 milyon dollar valyuta gətirib.
Siyahının ikinci yerində 95,6 milyon dollar gəlir gətirən fındıq, üçüncü yerində 39 milyon dollar gəlir gətirən alma qərarlaşıb.
Bundan başqa kartof 29,4 milyon dollar, xurma 32,1 milyon dollar, nar 4 milyon dollar valyuta gətirib.
Bu ilin yarısında ölkədən ixrac olunan meyvə-tərəvəz məhsulları və onların qiyməti haqqında daha ətraflı:


















