Bu ilin birinci yarısında Azərbaycandan xaricə 8 min 341,8 ton fındıq ixrac edilib.
1 ton Azərbaycan pomidorun orta ixrac dəyəri 1208 dollara yüksəlib
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, ixrac olunan fındığın ümumi dəyəri 95 milyon 584,1 min dollar təşkil edib.
Xatırladaq ki, 2025-ci ilin eyni dövründə ölkədən 10 min 759,4 ton fındıq ixrac edilmiş, 76 milyon 670,1 min dollar gəlir götürülmüşdü.
Beləliklə, ötən ilin ilk yarısı ilə müqayisədə xaricə satılan fındığın miqdarı 2 min 417,6 ton (22,5%) azalıb, əldə olunan gəlir isə 18 milyon 914 min dollar (24,7%) artıb.
İxracın azalmasına baxmayaraq gəlirin artmasının səbəbi, fındığın ötən ilə nisbətən kəskin bahaaşmasıdır.
Belə ki, bu il ixrac olunan fındığın bir tonu 11 458 dollar, yəni 1 kilqoqramı 11,5 dollar və ya 19,5 m anat olub.
Ötən il isə fındığın 1 tonunun ixrac qiyməti 7 126 dollardan, yəni 1 kiloqramı 7,1 dollar və ya 12,1 manat olmuşdu.
Başqa sözlə, əvvəlki illə müqayisədə bu il fındığın qiyməti 7 manat və ya 60% artı qolub.
Qeyd edək ki, bu ilin ilk yarısında fındıq ixracı qeyri-neft-qaz ixracının təxminən 1,7%-ni, tərəvəz və meyvə ixracından əldə olunan gəlirin isə beşdə bir hissəsini formalaşdırıb.















