Nisyə mal alqı-satqısı sahəsində şərtlər dəyişir. Bu "Kredit büroları haqqında" qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.
Nisyə və kreditlə mal satan mağazalara – NƏZARƏT BAŞLAYIR – 12 MİN MANAT CƏRİMƏ
FED.az xəbər verir ki, 2023-cü ilə qədər 100 min manatdan aşağı nisyə məhsul satan sahibkarlar satdıqları məhsula görə kredit birosuna məlumat verirdilər. Yəni mağazalardan taksitlə qeyri-ərzaq malları alan əxslərin məlumatları vahid bazada formalaşdırılırdı. Bu isə çox zaman həmin şəxslərə qarşı problemlərə səbəb ola bilirdi.
İqtisadçı Rəşad Həsənov isə deyir ki, yeni dəyişiklik özündə bir sıra mənfi və müsbət cəhətləri birləşdirəcək.
Onun sözlərinə görə, son dövrlərdə iqtisadiyyatın bütün sahələrində nisyə mal satışı geniş yayılıb. Bu da borc öhdəliklərini yerinə yetirə bilməyən vətəndaşların ciddi problemlərlə qarşılaşmasına zəmin yaradır.