2025-ci ilin yanvar-may aylarında Azərbaycandan 4 milyon 299 min dollar dəyərində 5 min 27 ton nar ixrac olunub.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, nar ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 1 milyon 36 min dollar və ya 31,7%, miqdar ifadəsilə isə 1 min 376 ton, başqa sözlə 37,7% artıb.
2024-cü ildə isə Azərbaycandan 3 milyon 263 min dollar dəyərində 3 min 651 ton nar ixrac olunmuşdu.
Bu dövrdə Azərbaycanın ixrac etdiyi narın 1 kiloqramının orta ixrac qiyməti 1 manat 46 qəpik olub. Xatırladaq ki, 2024-cü ilin eyni dövründə bu rəqəm 1 manat 52 qəpik idi. Bu da illik müqayisədə 6 qəpik və ya 4% azalma deməkdir.
Bu il ümumi ixracın 0,04%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 0,31%-i narın payına düşüb.