2025-ci ilin yanvar-may aylarında Azərbaycandan 12 milyon 857 min dollar dəyərində 18 min 607 ton şəkər ixrac olunub.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, şəkər ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 2 milyon 978 min dollar və ya 30,1%, miqdar ifadəsilə isə 5 min 480 ton, başqa sözlə 41,7% artıb.
2024-cü ilin eyni dövründə isə Azərbaycandan 9 milyon 880 min dollar dəyərində 13 min 127 ton şəkər ixrac olunmuşdu.
Bu dövrdə Azərbaycanın ixrac etdiyi şəkərin 1 kiloqramının orta ixrac qiyməti 1 manat 17 qəpik olub. Xatırladaq ki, 2024-cü ilin eyni dövründə bu rəqəm 1 manat 28 qəpik idi. Bu da illik müqayisədə 11 qəpik və ya 8,6% azalma deməkdir.
Bu il ümumi ixracın 0,12%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 0,91%-i şəkərin payına düşüb.