Bu ilin ilk 2 ayında Azərbaycandan 1 milyon 163 min dollar həcmində 133,6 ton çay ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, çay ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 53 min dollar və ya 4,4%, miqdar ifadəsilə isə 11,6 ton, başqa sözlə 8% azdır.
Qeyd edək ki, 2025-ci ilin ilk 2 ayında Azərbaycandan 1 milyon 216 min dollar dəyərində 145,2 ton çay ixrac olunmuşdu.
Bu ilin ilk 2 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi çayın 1 kiloqramının orta ixrac qiyməti 8,70 dollar (təxminən 14 manat 79 qəpik) təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu rəqəm 8,38 dollar (təxminən 14 manat 25 qəpik) idi. Bu da illik müqayisədə 0,32 dollar (54 qəpik) və ya 3,8% bahalaşma deməkdir.
Bu il ilk 2 ayda ümumi ixracın 0,03%-i, qeyri-neft sektoru üzrə ixracın isə 0,20%-i çayın payına düşüb. Ötən ilin eyni dövründə isə müvafiq göstəricilər 0,02% və 0,23% olmuşdu.












