Xəbər verildiyi kimi, Fransanın "Auchan" hipermarketlər şəbəkəsi Rusiyadakı biznesinin satışı ilə bağlı danışıqlar aparır.
Fransa dövlət borcunu qaytarmaqda çətinliklə üzləşib - Şirkətlərin vergisi artırılacaq
FED.az xəbər verir ki, şəbəkənin potensial alıcıları arasında milyarder iş adamaı Aleksey Mordaşovun adı çəkilir. O, "Lenta" şəbəkəsinin ən böyük səhmdarı "Sever Group" holdinqinin Baş direktorudur. O, "Severstal"və "Nord Gold" şirkətlərinin də sədridir.
Mənbəyə görə, başqa bir investor da "Auchan" mağazalarını almaq istəyir. Mənbə, müqavilə bağlanmazdan əvvə onun adını çəkməyib.
"Sever Group" şərh verməkdən imtina edib.
"Auchan Retail Russia" (Auchan-ın Rusiyadakı törəməsi) məlumatları "şayiələr" adlandırdıblar. "Auchan Retail Russia" şirkətinin nümayəndəsi qeyd edib: "Cavabımız dəyişməz olaraq qalır: biz şayiələri şərh etmirik". Beləliklə, şirkət, biznesin satışı ilə bağlı danışıqları birbaşa təkzib etməyib.
Xəbər verdiyimiz kimi, Fransanın "Auchan" hipermarketlər şəbəkəsi Rusiya Federasiyasını tərk etmək niyyətindədir, şirkət artıq Rusiya biznesi üçün iki potensial alıcı tapıb. Bu barədə "La Lettre" və "Le Figaro," mənbələrə istinadən xəbər verir.
"Fransanın "Auchan" şirkəti Rusiyadakı törəmə şirkətini satmağa hazırlaşır", - "Le Figaro" qəzeti yazır.
Nəşr qeyd edib ki, bu qərar ticarət şəbəkəsinin üzləşdiyi Avropa İttifaqının anti-Rusiya sanksiyaları ilə bağlı çətinliklərlə bağlı ola bilər.
Şirkətin mətbuat xidmətindən TASS-a verilən məlumata görə, "Auchan" Rusiya bazarında fəaliyyətini davam etdirir. Əlavə edib ki, Fransanın "Auchan" şirkəti Rusiya biznesinin mümkün satışı ilə bağlı şayiələri şərh etmir. (Marja)