2025-ci ildə Azərbaycan xaricə 104,4 milyon ABŞ dolları dəyərində metanol (metil spirti) ixrac edib.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.
Məlumata görə, bu, əvvəlki illə müqayisədə 18,1 milyon ABŞ dolları və ya 21% çoxdur.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycan 86,3 milyon ABŞ dolları dəyərində metanol ixrac etmişdi.











