Bu ilin ilk 9 ayında Azərbaycandan 75,8 milyon dollar (128,9 milyon manat) həcmində 336 min 825 ton metanol ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, metanol ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 602 min dollar (1 milyon manat) və ya 0,8% artıb, miqdar ifadəsilə isə 30 min 271 ton, başqa sözlə 8,2% azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan 75,2 milyon dollar (127,8 milyon manat) dəyərində 367 min 96 ton metanol ixrac olunmuşdu.
Bu ilin ilk 9 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi metanolun 1 kiloqramının orta ixrac qiyməti 38 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 35 qəpik idi. Bu da illik müqayisədə 3 qəpik və ya 8,6% bahalaşma deməkdir.
Bu il 9 ayında ümumi ixracın 0,41%-i, qeyri-neft sektoru üzrə ixracın isə 2,86%-i metanolun payına düşüb. Ötən ilin eyni dövründə isə ümumi ixracdakı payı 0,38% olub.