Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 41 403,4 ton marqarin istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə istehsal 549,7 ton və ya 1,3% artıb.
2024-cü ilin yanvar-oktyabr aylarında bu göstərici 40 853,7 ton təşkil edib.
1 noyabr 2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 3 483,4 ton təşkil edib ki, bu da illik müqayisədə 992,1 ton və ya 22,2% azdır.
Ötən ilin eyni dövründə hazır ehtiyat 4 475,5 ton olub.











