Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 26 240,8 ton kolbasa məmulatı istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə istehsal 959,9 ton və ya 3,8% artıb.
2024-cü ilin yanvar-oktyabr aylarında bu göstərici 25 280,9 ton təşkil edib.
1 noyabr 2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 18,3 ton təşkil edib ki, bu da illik müqayisədə 34,1 ton və ya 65,1% azdır.
Ötən ilin eyni dövründə hazır ehtiyat 52,4 ton olub










