Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 13 883,8 ton makaron məmulatı istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə istehsal 8 782,6 ton və ya 2,7 dəfə artıb.
2024-cü ilin yanvar-oktyabr aylarında bu göstərici 5 101,2 ton təşkil edib.
1 noyabr 2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 249,4 ton təşkil edib.











