2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə 23 102,9 ton kolbasa məmulatı istehsal edilib.
Çay istehsalı bir ildə 6 faiz azalıb - RƏQƏMLƏR
FED.az bu baradə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 754 ton çoxdur, lakin artım tempi zəifləyərək 3,4 faiz səviyyəsində qalıb.
2024-cü ilin yanvar-sentyabr aylarında isə kolbasa istehsalı 22 348,9 ton təşkil etmiş və əvvəlki illə müqayisədə 8,4 faiz artım qeydə alınmışdı.
Hazır məhsul ehtiyatı kəskin azalıb, 52,8 tondan 23 tona düşüb, yəni 29,8 ton azalma müşahidə olunub.