2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə 8 835,4 ton çay istehsal edilib.
Bu ilin 9 ayında bitki yağı istehsalı ötən ildən aşağı olub
FED.az bu baradə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 531,2 ton azdır, yəni istehsalda 5,7 faiz azalma müşahidə olunub. 2024-cü ilin yanvar-sentyabr aylarında çay istehsalı 9 366,6 ton təşkil etmiş və əvvəlki illə müqayisədə 10,8 faiz artım qeydə alınmışdı.
Hazır məhsul ehtiyatı da azalıb, 95,2 tondan 83,6 tona düşüb, bu da 11,6 ton azalma deməkdir.