2025-ci ilin yanvar-may aylarında Azərbaycana 41 milyon 133 min dollar dəyərində 19 min 936 ton ət idxal olunub.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ət idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 7 milyon 319 min dollar və ya 15,1%, miqdar ifadəsilə isə 2 min 242 ton, başqa sözlə 10,1% azalıb.
2024-cü ildə isə Azərbaycana 48 milyon 452 min dollar dəyərində 22 min 178 ton ət idxal olunmuşdu.
Bu dövrdə Azərbaycana idxal olunan ətin 1 kiloqramının orta qiyməti 3 manat 51 qəpik olub. Xatırladaq ki, 2024-cü ilin eyni dövründə bu rəqəm 3 manat 71 qəpik idi. Bu da illik müqayisədə 20 qəpik və ya 5,4% azalma deməkdir.
Bu il ümumi idxalın 0,41%-i ətin payına düşüb.