2025-ci ilin yanvar-may aylarında Azərbaycandan 22 milyon 511 min dollar dəyərində 56 min 781 ton kartof ixrac olunub.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, kartof ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 8 milyon dollar və ya 55,3%, miqdar ifadəsilə isə 22 min 463 ton, başqa sözlə 65,5% artıb.
2024-cü ildə isə Azərbaycandan 14 milyon 493 min dollar dəyərində 34 min 318 ton kartof ixrac olunmuşdu.
Bu dövrdə Azərbaycanın ixrac etdiyi kartofun 1 kiloqramının orta ixrac qiyməti 67 qəpik olub. Xatırladaq ki, 2024-cü ilin eyni dövründə bu rəqəm 72 qəpik idi. Bu da illik müqayisədə 5 qəpik və ya 6,9% azalma deməkdir.
Bu il ümumi ixracın 0,20%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 1,60%-i kartofun payına düşüb.