İtaliya ABŞ hakimiyyətinin makaron idxalına tətbiq etdiyi əlavə antidempinq tarifindən son dərəcə narahatdır.
ABŞ dərmanların idxalına 100% rüsum tətbiq edəcək
FED.az xəbər verir ki, bu barədə İtaliyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik qeyd edib ki, yeni tariflər ABŞ-da italyan makaronunun qiymətini demək olar ki, iki dəfə artıracaq. Bəyanata əsasən, Roma Vaşinqtona təzyiq göstərmək üçün Avropa Komissiyası ilə sıx əməkdaşlıq edir.
Öz növbəsində ABŞ Ticarət Departamenti əlavə antidempinq tarifinin tətbiqini özünəməxsus şəkildə izah verib. Departamentə görə, iki iri İtaliya istehsalçısı Amerika bazarına çıxarılan məhsulları süni şəkildə aşağı qiymətlərlə satış edirmiş. Yeni tariflər isə İtaliya makaronunun qiymətini 91,74% artıracaq. (Report)