ABŞ oktyabrın 1-dən əczaçılıq məhsullarının idxalına 100% rüsum tətbiq edəcək.
Dərman xərclərimiz niyə kəskin artır?
FED.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp sentyabrın 25-də öz “Truth” hesabında məlumat verib.
Onun sözlərinə görə, Vaşinqton oktyabrın 1-dən bütün markalı və ya patentləşdirilmiş əczaçılıq məhsullarının idxalına 100% rüsum tətbiq edəcək.
Tramp onu da əlavə edib ki, ABŞ-da fabriklərinin tikintisinə başlayan istehsalçılar üçün istisnalar ediləcək.
Qeyd edək ki, mayın 12-də Tramp ABŞ-da dərmanların qiymətinin 59-90% aşağı salınması haqqında sərəncam imzalayıb. (Apa)