Azərbaycanda istehlakçı hüquqlarının qorunması istiqamətində nəzarət tədbirləri davam etdirilir. Belə ki, bir çox hallarda məhsulun üzərində göstərilən qiymət ilə kassada tətbiq olunan məbləğ arasında fərqlər müşahidə olunur ki, bu da istehlakçıların hüquqlarının pozulması anlamına gəlir.
Dərmanın da qiymətini 'şişirdiblər': "Zeytun Pharmaceuticals" cəriməlik oldu!
FED.az xəbər verir ki, bu kimi hallardan biri “Grand-Mart” MMC-də qeydə alınıb. “Grand-Mart” MMC barəsində Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilib. Müəyyən olunub ki, market qida məhsulunu üzərində göstərilmiş qiymətdən baha sataraq vətəndaşın hüquqlarını pozub.
Protokol 6 mart 2025-ci il tarixində tərtib olunub. Bu hal “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 1-ci bəndi ilə ziddiyyət təşkil edir.
İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə əsasən, malın hesabına dair istehlakçının az miqdarda aldadılması inzibati məsuliyyət doğurur və bu kimi hallar qanunla qadağandır.
Vətəndaşlardan da xahiş olunur ki, alış-veriş zamanı etiket və kassa məbləğlərini diqqətlə yoxlasınlar və uyğunsuzluq aşkar etdikdə aidiyyəti qurumlara müraciət etsinlər.