İstehlakçıların hüquqlarının pozulması halları davam edir.
Etiket başqa, kassada başqa qiymət: “Viva Desserts” müştərini belə yanıltdı!
FED.az xəbər verir ki, "Zeytun Pharmaceuticals" MMC barəsində Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi tərəfindən inzibati xəta haqqında protokol tərtib olunub. Müəyyən edilib ki, şirkət dərman vasitəsini Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş pərakəndə satış qiymətinin yuxarı həddindən baha qiymətə sataraq qanun pozuntusuna yol verib.
Qeyd edək ki, sözügedən protokol 17 mart 2025-ci il tarixində tərtib olunub. Faktla bağlı aparılmış araşdırma nəticəsində məlum olub ki, satış zamanı “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun 4.7-ci maddəsi pozulub.
Hüquq pozuntusu İnzibati Xətalar Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan hal — dövlət qeydiyyatından keçmiş dərman vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tənzimlənən qiymətdən yuxarı qiymətlə satılması kimi qiymətləndirilib.
Məlum olduğu kimi, dərman vasitələrinin qiyməti dövlət tərəfindən nəzarətdə saxlanılır və bu sahədə istənilən pozuntu həm ictimai sağlamlığa, həm də istehlakçıların hüquqlarına zərər vurur. Agentlik bu cür halların qarşısını almaq məqsədilə monitorinqləri davam etdirir.