Bu ilin ilk 11 ayında Azərbaycandan 69,7 milyon dollar həcmində 1 milyard 221 milyon kVt/saat elektrik enerjisi ixrac edilib.
FED.az Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, elektrik enerjisi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 24,2 milyon dollar və ya 25,8%, miqdar ifadəsilə isə 524 milyon kVt/saat, başqa sözlə 30% azdır.
Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan 93,9 milyon dollar dəyərində 1 milyard 745 milyon kVt/saat elektrik enerjisi ixrac olunmuşdu.
Bu ilin ilk 11 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi elektrik enerjisinin 1 kVt/saatının orta ixrac qiyməti 9,7 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 9,2 qəpik idi. Bu da illik müqayisədə 0,5 qəpik və ya 5,4% bahalaşma deməkdir.
Bu il 11 ayında ümumi ixracın 0,30%-i, qeyri-neft sektoru üzrə ixracın isə 2,10%-i elektrik enerjisinin payına düşüb. Ötən ilin eyni dövründə isə müvafiq göstəricilər 0,39% və 3,04% olmuşdu.











