Bu ilin ilk 11 ayında Azərbaycandan 8 milyard 117 milyon dollar dəyərində 22 milyard 804 milyon kubmetr təbii qaz ixrac olunub.
FED.az Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, təbii qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 513 milyon dollar və ya 6,8% çox, miqdar ifadəsilə isə 718 milyon kubmetr, başqa sözlə 3,1% azdır.
Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan 7 milyard 604 milyon dollar dəyərində 23 milyard 522 milyon kubmetr təbii qaz ixrac olunmuşdu.
Bu ilin ilk 11 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi təbii qazın hər 1000 kubmetrinin orta ixrac qiyməti 356 dollar (təxminən 605 manat) təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 323 dollar (təxminən 549 manat) idi. Bu da illik müqayisədə 33 dollar (56 manat) və ya 10,2% bahalaşma deməkdir.
Bu il 11 ayında ümumi ixracın 34,69%-i təbii qazın payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 31,24% olmuşdu.










