Ötən il Azərbaycan xaricə 144,2 milyon ABŞ dolları dəyərində xurma ixrac edib.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə 30,5 milyon ABŞ dolları və ya 26,8% çoxdur.
Xtırladaq ki, 2024-cü ildə Azərbaycan 113,7 milyon ABŞ dolları dəyərində xurma ixrac edib.
Təkcə dekabr ayında 36,4 milyon dollarlıq xurma ixrac olunub ki, bu da illik 9,3 milyon dollar (34,3%) çoxdur.











