Bu ilin ilk 10 ayında Azərbaycana 71,3 milyon dollar dəyərində 11,6 min ton çay idxal olunub.
FED.az Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, çay idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 7 milyon dollar və ya 10,8% artsa da, miqdar ifadəsilə 668 ton, başqa sözlə 5,5% azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində ölkəyə 64,3 milyon dollar dəyərində 12,3 min ton çay idxal edilmişdi.
Bu ilin ilk 10 ayının nəticələrinə görə Azərbaycana idxal olunan çayın 1 kiloqramının orta idxal qiyməti 10 manat 45 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 8 manat 91 qəpik idi. Bu da illik müqayisədə 1 manat 54 qəpik və ya 17,3% bahalaşma deməkdir.
Bu il 10 ayında ümumi idxalın 0,37%-i çayın payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 0,39% olmuşdu.











