Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 205 milyon 427 min ABŞ dolları dəyərində 948 min 815 ton buğda idxal edib.
Azərbaycan almanı xaricə neçəyə ixrac edir? - QİYMƏT AÇIQLANDI
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, idxal ötən ilin eyni dövrü ilə müqayisədə miqdar baxımından 463 ton (0,04 %), dəyər baxımından isə 41 milyon 916 min ABŞ dolları (16,9 %) azdır.
Ötən ilin 10 ayı ərzində xaricdən 205 milyon 428 min ABŞ dolları dəyərində 949 min 815 ton buğda idxal edib.
Bu dövrdə idxal edilən buğdanın hər kiloqramının orta idxal qiyməti 37 qəpik olub ki, bu da illik müqayisədə 8 qəpik (16,9%) ucuzlaşma deməkdir.
Ötən ilin eyni dövründə hər kiloqram buğdanın orta idxal qiyməti 44 qəpik təşkil etmişdi.
10 ay ərzində buğda idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1,2 %-ni təşkil edib.