Bu ilin yanvar ayında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 6,1 milyard manat olub.
Azərbaycanda ay ərzində 1 nəfər orta hesabla 473,5 manatlıq mallar alıb
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi bildirir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5 % çoxdur.
Aylıq dövriyyənin 78,8 %-ini pərakəndə ticarət dövriyyəsi, 18,1 %-ini əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,1 %-ini isə ictimai iaşə dövriyyəsi təşkil edib.
Son 1 ildə qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin satdığı malların və göstərdiyi xidmətlərin dəyəri 4,8 % artaraq 5,9 milyard manata çatıb, onun 46,6 %-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Hesabat ayında bir istehlakçı orta hesabla 600,7 manat və yaxud 1 il əvvələ nisbətən nominal ifadədə 52 manat çox vəsait xərcləyib. (Report)